إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam dinini qəbul etmiş hollandiyalı xanım Quran dastanlarını nəşr etdi

Müsəlmanlığı yeni qəbul etmiş Hollandiyalı xanım Petra Van Helden özünün uşaqlar üçün ilk kitabını "Adəm övladları: Quranda nəql edilmiş dastanlar" adı ilə  nəşr edib.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, İslam dinini yeni qəbul etmiş hollandiyalı xanım Petra Van Heldenin uşaqlar üçün qələmə aldığı bu maraqlı kitabını Hollandiyanın bütün kitabsatışı mağazalarından və elektran kitabxanalarından əldə etmək olar.

Petra Van Helden kitabı haqqında deyir: Uşaqlar üçün yazılmış çoxlu kitablar vardır ki, bu kitablarda dini dastanlar əsasən İncildən götürülmüşdür. Amma uşaqlar üçün Quran dastanları üzərində mərkəzləşən kitaba çox nadir hallarda rast gəlmək olar:

"Adəm övladları" kitabı Qurani-Kərimdə adları keçən xalqları, qəbilələri və peyğəmbərləri uşaqlara tanıtdırmaq üçün yazılmışdır. Ümid edirəm ki, bu kitab oxucularda Quran və İslam barədə düşünmək və araşdırmaq hissini təhrik edəcəkdir.

Petra Van Heldin Hollandiyanın Utrext şəhərində protestand xristian ailəsində dünyaya gəlmişdir. Uşaq vaxtı heç bir müsəlman ilə tanışlığı olmayan Petra məktəbdə mərakeşli bir müsəlman qızla tanış olur. Bu tanışlıq onu İslam dini, Quran və peyğəmbərlər ilə də tanış edir.

İslamı yeni qəbul etmiş hollandiyalı xanım Quran dastanlarını çap və nəşr etdi

Orta məktəbi bitirən Petra kitabxanadan olaraq bir Quran götürür və bir neçə aya Quranı oxuyaraq üzərində düşünür. Fransaya səfəri zamanı Quranı də özü ilə səfər yoldaşı götürən Petra Quranın şəxsiyyətləri səmimiləşir və doğmalaşır. O, bu mütaliədən sonra Quran və İncilin müştərək dəyərlərinin və ortaq nöqtələrinin çox olduğunu görür. Və elə buna görə də qərara gəlir ki, uşaqlar İbrahimi dinlərin qardaş olduqlarını və bir ağacın budaqları olmasını öyrənməli və bilməlidirlər. Bu qərardan sonra isə Quran dastanları toplamağa və mövzular əsasında təsnif etməyə başlayır.

Petra Van Heldin bu barədə deyir: Bu kitabın ilk toxumları 20 il öncə zehnimdə əkildi. Həmin vaxtlarda mən zehnimdəki sualların cavablarını axtarırdım. Və belə bir kitabı çap və nəşr edə biləcəyim mənə qeyri-mümkün gəlirdi. Buna görə də mən bu kitabı özüm üçün səmavi bir hədiyyə hesab edirəm.

İslamı yeni qəbul etmiş hollandiyalı xanım Quran dastanlarını çap və nəşr etdi

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2018  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!