|
• DünyadaVasiliy Nebenzya: “ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb”Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib. “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranda etirazlara həsr olunmuş toplantısının əsl məqsədi Tehranla nüvə sazişini pozmaqdır. ABŞ-ı İran xalqının mənafeyi maraqlandırmır”, deyə diplomat qeyd edib. Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki bəyan edub, dünya ictimaiyyəti İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izləyir. "Dünya sizin nə etdiklərinizi izləyəcək " - deyə Heyli vurğulayıb. Qeyd edək ki, BMT TŞ İrandakı vəziyyətlə əlaqədar iclas keçirir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir. İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2018 11:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |