إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nə üçün Yasin surəsinə Quranın qəlbi deyirlər?

Hədislərdə buyurulur ki, hər şeyin qəlbi (ürəyi) var, Quranın da qəlbi Yasin surəsidir. Qəlb insanın həyatını təmin edən, ona həyat, dirilik verən üzvdür. Yasin surəsi də İslam dininin əqidə əsaslarını özündə xülasə edən bir surədir. Digər surələrdən fərqli olaraq, burada dinimizin əqidə əsasları kifayət qədər ətraflı şəkildə izah edilir.

Surənin əvvəlində Həzrət Mühəmmədin (s) peyğəmbərliyi təkid edilir, sonra keçmiş ümmətlərə göndərilən elçilərin əhvalatı təsvir olunur. Surənin növbəti bölümündə Allah-Taalanın ayətləri sadalanır, Günəş, Ay kimi göy cisimlərindən söz açılır. Bununla da tövhid mövzusu ortaya gətirilir. Daha sonra qiyamət günündən danışılır, mömin və kafir bəndələrin axirətdəki yeri açıqlanır, məhşər gününün mənzərəsi canlandırılır. Beləliklə, bu surədə İslamın üç əsas əqidə prinsipi (üsulüd-din) – tövhid, nübüvvət və məad şərh edilir. Buna görə Yasin surəsinə Quranın qəlbi deyirlər.

Bu adın mənasını bildirən başqa izahlar da vardır ki, bunlar barədə ətraflı məlumatı dini kitablardan əldə etmək olar.

İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Yanvar, 2018  11:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!