|
• DünyadaRusiya SQ Baş Qərargahı: ABŞ Suriyadakı bazasında İŞİD terrorçularını hazırlayırABŞ Suriyada qurduğu “Ət Tanf” hərbi bazasında İŞİD terrorçularını hazırlayır. Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “TASS”a istinadən verdiyi xəbərə əsasən, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib. “Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb. Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar”, - deyə general “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib. Gerasimov terrorçularım Suriyanın “Şəddadi” düşərgəsində də olduğunu qeyd edib. Onun sözlərinə görə, oradakı da silahlılar faktiki olaraq İŞİD terrorçularıdır: “Onlarla müəyyən müddət çalışdıqdan sonra, həmin dəstələr “rəngini” və adını dəyişərək, məsələn “Yeni Suriya Ordusu”na çevrilir. “Onların vəzifəsi vəziyyəti gərginləşdirməkdir. Biz bilirik ki, Şəddadidən Ət Tənfa bazası istiqamətində 400-dək silahlı gedib . İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra, onlar hücuma keçərək, vəziyyəti gərginləşdirməyə çalışıblar. Lakin itki verərək, geri çəkilməli olublar”, - deyə Gerasimov qeyd edib. Onun sözlərinə görə, hazırda 750-dək silahlı “Şəddadi” bazasında, 350-dək isə Ət Tanfa bazasındadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2017 11:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |