إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT Myanmadan müsəlmanlara qarşı hərbi əməliyyatlara son verilməsini istəyib

BMT-də Myanma hökumətinə arakanlı müsəlmanlara qarşı "sistematik insan haqları pozuntularına və hərbi əməliyyatlara son qoyması" çağırışı edən qərar  qəbul edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az "yenisafak"-a istinadən xəbər verir ki, Myanmada arakanlı müsəlmanlara qarşı "sistematik insan haqları pozuntularına və hərbi əməliyyatlara son qoyulması" çağırışı edən qərar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisində qəbul edilib.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən BMT Baş Assambleyasına təqdim olunan və bazar günü səsverməyə çıxarılan qərarın lehinə 122 ölkə və əleyhinə 10 ölkə səs verib, 24 ölkə isə bitərəf qalıb.

Myanma hökumətinə arakanlı müsəlmanlara qarşı sistematik insan haqları pozuntularına və hərbi əməliyyatlara son qoyması çağırışı edilən qərarda, arakanlı müsəlmanlara vətəndaşlıq hüququ verilməsi, humanitar yardımlara icazə verilməsi və BMT Baş Katibi Antonio Quterreşdən Myanma üçün xüsusi nümayəndə təyin etməsi istənilib.

Arakanlı müsəlmanlara qarşı etnik təmizləmə

BMT-yə görə, təxminən 700 min arakanlı müsəlman 25 avqustdan bu yana Myanmada zülm və qırğınlardan qaçıb Banqladeşə sığınıb.

Arakanda 1970-lərdə təxminən 2 milyon müsəlmanın yaşadığı təxmin edildiyi halda, sistematik hücumlardan qaçmaq üçün bu say 350 mindən də aşağı düşüb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2017  13:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!