|
• Mənəviyyat • MənəviyyatTövbə və Quranın şəfaəti - Kumeyl duasının fəzilət və şərhiBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. TÖVBƏNİN ŞƏFAƏTİ Müaviyyə ibn Vəhəb deyir: İmam Sadiq (ə) buyurdu: «Bəndə xalis tövbə etdiyi vaxt Allah ona məhəbbət göstərib, dünya və axirətdə onu pərdəyə bürüyər». Soruşdum ki, pərdəyə necə bürüyər? Buyurdu: «İki mələyin bu bəndə üçün yazdığı günahları onun yadından çıxarar və onun bədən və əzalarına vəhy edər ki, sizin üstünüzdə edilmiş günahları gizlədin. Bu bəndə Allahla görüşdüyü vaxt onun ziyanına şəhadət verəcək heç bir şey qalmaz.»("Qəsəs”, 24.) QURANIN ŞƏFAƏTİ Həzrət Peyğəmbər (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizi bürüdüyü vaxt Qurana üz tutun. Çünki Quran şəfaəti qəbul olunan şəfaətçi və şikayəti qəbul olunan şikayətçidir».("Sad”, 35.) Şəfaət haqqında ətraflı məlumat almaq istəyənlər «Biharul-ənvar», «Məhəccətul-bəyza» və digər mötəbər mənbələrə müraciət edə bilərlər. «Və əsəlukə bicudikə ən tudniyəni min qurbikə və ən tuziəni şukrəkə və ən tulhiməni zikrəkə» («Bəxşişin və səxavətin vasitəsi ilə məni yaxın məqamına çağırmağını, şükrünü mənə ruzi etməyini və zikrini qəlbimə ilham etməyini istəyirəm.») Həzrət Əli (ə) bu ilahi cümlələrlə Allah-Taaladan üç böyük məqam istəyir: Allaha yaxın məqam, şükür məqamı və zikr məqamı. Heç şübhəsiz, Allah-Taalanın bəxşiş və səxavəti olmadan bu məqamlara çatmaq mümkün deyildir. Əgər Allah-Taala haqq yolçusuna sevgi halı və saleh əməl verərsə onu ilahi məqama çatmaq üçün vasitələrlə təchiz edərsə nailiyyətdən danışmaq olar. Zülmət hicablarından keçməkdə Allahdan yardım almayan kəs yüksək mənəvi məqamlara çata bilməz. Ona görə də dua edən şəxs uyğun üç məqama çatmaq üçün Allahın bəxşiş və səxavət sifətlərinə üz tutur. Bu sifətlərin müşahidəsi üçün Həzrət Hüseynin (ə) «Ərəfə» duasının bəzi cümlələrinə diqqət edək: «Bütün sitayiş və təşəkkürlər Sənə məxsusdur, ey nöqsanlarıma göz yuman, qəmimi aradan qaldıran, duamı qəbul edən, eybimi örtən, günahımı bağışlayan, istəklərimi verən, düşmənimə qalib edən! Əgər sənin nemətlərini və qiymətli hədiyyələrini saysam, heç vaxt qurtara bilmərəm. Ey mənim sərvərim, ey mənim ağam, Sənsən əta edən, Sənsən nemət verən, Sənsən ehsan buyuran, Sənsən gözəllik bağışlayan, Sənsən davam verən, Sənsən kamala yetirən, Sənsən ruzi verən, Sənsən yardım edən, Sənsən ehtiyacları ödəyən, Sənsən var-dövlətə çatdıran, Sənsən pənahında saxlayan, Sənsən kifayət edən, Sənsən yol göstərən, Sənsən hifz edən, Sənsən pərdə çəkən, Sənsən bağışlayan, Sənsən görməməzliyə vuran, Sənsən güc verən, Sənsən izzətə çatdıran, Sənsən yardımlardan faydalandıran, Sənsən icazə verən, Sənsən təsdiqləyən, Sənsən qalibiyyət əta edən, Sənsən dəva qılan, Sənsən salamatlıq buyuran, Sənsən əziz edən». Uyğun sifətlərlə daha dərindən tanış olmaq üçün «Əbu Həmzeye-Sumali» duasının İmam Səccadın (ə) dilindən çıxmış bəzi cümlələrinə nəzər salaq: «Ey mənim ağam, mən Sənin boya-başa çatdırdığın uşağam, mən o nadanam ki, elm öyrətdin, mən o azmış bəndəyəm ki, yol göstərdin, mən o yıxılmış şəxsəm ki, Sən ucaltdın, mən o qorxanam ki, aman verdin, mən o acam ki, Sən doyurdun, mən o təşnəyəm ki, sirab etdin, mən o çılpağam ki, libasa bürüdün, mən o fəqirəm ki, imkan verdin, mən o zəifəm ki, güc bəxş etdin, mən o zəliləm ki, əziz etdin, mən o xəstəyəm ki, şəfa verdin, mən o ağız açanam ki, istəyimi verdin, mən o günahkaram ki, günahımı örtdün, mən o xatakaram ki, görməməzliyə vurdun, mən o azam ki, çoxaltdın, mən o çarəsizəm ki, xilas etdin, mən o qovulmuşam ki, Sən sığınacaq verdin». Bəli, haqq yolçusu Allahın səxavət və kərəm sifətlərindən faydalanaraq üç böyük məqama çata bilər. Ardı var.. Əvvəli - http://ahlibeyt.az/news/read/dunya-va-axirat-shafaatchilari---kumeyl-duasinin-fazilat-va-sharhi.html Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2017 12:01 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |