إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

New York Times: Səəd Həriri Səudiyyə krallığı tərəfindən istefaya məcbur edilib

Livanın baş naziri Səid Həriri 2017-ci ildə istefa vermək barədə niyyətini Səudiyyə Ərəbistanının güclü təzyiqi altında bəyan edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,FaktXeber.com-un verdiyi məlumata əsasən, bu barədə The New York Times qəzeti dekabrın 24-də dərc edib.

Nəşrin bir sıra mənbələrə istinadla məlumatına görə, Səudiyyə Ərəbistanına səfərinin ikinci günündə  Həriri gözlənilmədən rəsmilərlə söhbətə çağrılıb. Onun mobil telefonu əlindən alınıb, cangüdənlərindən məhrum edilib, krallığın  təhlükəsizlik xidmətinin əməkdaşları onu itələyib və təhqir ediblər:«Bundan sonra daha böyük təhqir gəlib və ona istefa etməyi barədə hazır mətn verilib  və səudiyyə telekanalında səsləndirməyə məcbur ediblər».

«Belə görünür ki, onun Səudiyyə Ərəbistanına bir gün əvvəl çağrılaraq tələyə salınmasının səbəbi təzyiq altında istefaya yollanması və suveren dövlətin lideri kimi deyil, muzdlu işçi kimi İrana qarşı ittihamlar səsləndirməsi olub. Televiziya ilə çıxışdan öncə ona hətta evinə getməyə izn verilməyib. O, kostyumunun gətirilməsi üçün mühafizəçilərdən birindən xahiş etməli olub», - deyə materialda bildirilir.

Bundan sonra Həriri Səudiyyə Ərəbistanında ev həbsinə salınır, ona xanımı və uşaqları ilə görüşməyə izn verilmir. Onu bir neçə qərbli diplomatlar ziyarət edir. Bunun yanında  baş nazirin  onlarla görüşü zamanı otaqda səudiyyəli mühafizəçilər də olub. Sonradan Həriri  krallıqdan çıxa bilir.

 

Şahzadənin planı

Qəzetdən bildirilir ki, bu planın təşəbbüskarı İranın regiondakı  ambisiyalarını məhdudlaşdırmaq niyyətində olan Səudiyyənin vəliəhd şahzadəsi  Məhammed bin Salman olub.

O, guya hesab edirmiş ki, Həriri öz səudiyyəli  hamisinə kifayət qədər itaətkar olmayıb: «Şahzadə siqnal vermək niyyətində olub: İranın Livanlı müttəfiqi və güclü şiə təşkilatı Hizbullahın, hansı ki, ölkədə nüfuzlu siyasi rolu var,  güclənməsini dayandırmaq vaxtıdır», - nəşrdə bildirilir.

Ər-Riyad həmçinin Həririnin iranlı siyasətçi ilə görüşündən və Hizbullah hərəkatının nüfuzunun artmasından narazı olub.

The New York Times bildirir ki, şahzadənən planları reallaşmayıb, çünki  Həriri öz vəzifəsini saxlayıb, həmçinin  daha da populyarlaşıb, Hizbullah isə əvvəlkindən də güclü olub.

Nəşrin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanının qəddar və yöndəmsiz metodları etibarlı müttəfiqlərinin, o cümlədən ABŞ, Küveyt, İordaniya, Misir və Livanda Həriri tərəfdarlarının ondan uzaqlaşmasına gətirdi.

«Rəsmilərin və analitiklərin sözlərinə görə, səudiyyə Ərəbistanı Livandan bir neçə kiçik güzəşt əldə edə bilər, ancaq onların, ehtimal ki, diplomatiya tufanında yeri olmayacaq», - deyə məqalədə bildirilir.

Qəzetin Qərb və ərəb mənbələrindən olan rəsmi mənbələri bu günə qədər anlamayıblar ki, səudiyyəlilər bu intriqalarla nəyə nail olmaq istəyiblər: «Bəziləri istisna etmirlər ki, onlar (Səudiyyə Ərəbistanı) Livanda daxili münaqişə yaratmaq və hətta müharibəyə başlanmasına təkan vermək istəyib».

Qəzet bildirir ki, Həriri tərəfdarları materialda dərc olunan iddialara şərh vermək xahişinə cavab verməyiblər, səudiyyəli rəsmilər isə Livanın baş naziri ilə  krallıqda dərin hörmətlə yanaşıldıbığını bildiriblər.

Xatırladaq ki, noyabrın 3-də Həriri Səudiyyə Ərəbistanına iş səfəri edib, lakin sonrakı gün Ər-Riyadda televiziya iə müraciəti zamanı o, gözlənilmədən istefa etdiyini və həyatının təhlükədə olduğunu bildirib. Noyabrın 12-də isə bəyan edib ki, Livanın neytrallığı və regional münaqişələrdən uzaq durmaları barədə hökumətin qərarına ciddi riayyət olunarsa, istefadan imtina etməyə hazırdır.



Livana gəldikdən sonra isə Həriri istefa qərarından imtina etdiyini və respublikaya yenidən rəhbərliyə hazır olduğunu bəyan edib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2017  12:15 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!