|
• Dünyada“İslam Dünyası Gənclər Paytaxtı-2017” proqramı çərçivəsində beynəlxalq müsabiqələr başa çatıbİslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, proqamın əsas məqsədi İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir. Bu proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunmuş, cari il ərzində bu şəhərlərdə eynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib. Proqramın gənclər arasında inkişafa xidmət edəcək bu ilki beynəlxalq müsabiqə və yarışma tədbirləri İranın Şiraz şəhərində keçirilmişdir. Belə ki, bu il ərzində “İslam Dünyası Gənclər Paytaxtı” proqramı daxilində beynəlxalq Quran qiraəti, qısa hekayə, qisa film, kalliqrafiya üzrə müsabiqələr təşkil edilib. Dünən isə Şiraz şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun, İran Gənclər və İdman nazirliyini və digər dövlət qurumlarının rəhbərliyinin, beynəlxalq təşkilatların, İƏT üzv dövlətlərin gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə gənc xəttatlar üçün kalliqrafiya, gənc rejissorlar üçün “Qısa film” və gənc yazarlar üçün “Qısa hekayə” müsabiqələrinin təntənəli mükafatlandırma və bağlanış mərasimi keçirilmişdir. Bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov 2017-ci ildə proqram çərçivəsində Puytaraya, Fəs və Şirazda keçirilən 20-dən çox mədəni və elmi tədbirlər barədə məlumat verərək, bu proqramın islam dünyasının həmrəyliyinin gücləndirilməsinə hədəfləndiyini vurğulamış, eləcə də ərazi bütövlüyü, terrorizmlə mübarizədə müsəlman ölkələrinin həqiqi həmrəylik nümayiş etdirmələrinin vacib olduğunu vurğulamışdır. E.İskəndərov o cümlədən, 2017-ci ilin Azərbaycanda İslam həmrəylik ili olduğunu qeyd etmiş, 2018-ci ildə isə Azərbaycanın İƏT Gənclər və İdman Nazirlərinin 4-cü konfransına ev sahibliyi etməsinin önəmini də vurğulayıb. Daha sonra qaliblərin elan edilməsi və mükafatlandırılması həyata keçirilib. Dünyanın hər yerindən mindən çox hekayənin göndərildiyi “Qısa hekayə” müsabiqəsində, beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycan təmsilçisi yazar Mirmehdi Ağaoğlu “85-ci gün” hekayəsi ilə 1-ci yerə layiq görülmüşdür. 2-ci yeri iranlı Atif Sədat Tavasoli (“Şənbə”), 3-cü yeri isə nigeriyalı Yusuf Osman (“Qiyamdan sağ çıxan”) tutur. Azərbaycan təmsilçiləri olan yazarlar Sevda Məmmədova və Yusif Yusubov isə müsabiqənin xüsusi ödülü ilə təltif olunublar. 100-dən çox filmin göndərildiyi “Qısa film” müsabiqəsində ən yaxşı resjissor işinə görə ABŞ-da yaşayan Məryəm Zahirimehr (“Balığa danış”), ən yaxşı ssenariyə görə Banqladeş təmsilçisi Sadiqpur Rəhman (“Allaha məktub”) və ən yaxşı cizgi filminə görə isə İran nümayəndəsi Leyla Novruzi (“Söz-söhbət”) qalib seçilmişlər. Qeyd etmək lazımdır ki, film müsabiqəsində Azərbaycan təmsilçisi gənc rejissor Kamran Səfərəlizadə də (“Bir sülh, bir şans”) xüsusi ödüllə təltif edilib. Quran xəttatlığı üzrə keçirilən müsabiqədə isə Misir və Bosniya və Hersoqovina nümayəndələri xüsusi sertifikatlarla təltif edilmişlər. Hər üç nominasiya üzrə keçirilən müsabiqə qalibləri və xüsusi ödül alanlar üçün ayrılıqda seminarlar da keçirilib. Xatırladaq ki, oktyabr ayında yekun vurulmuş beynəlxalq Quran qiraəti musabiqəsində də Azərbaycan təmsilçiləri 2-ci və 3-cü yerlərə layiq görülüb. Bu ilki “İslam Dünyası Gənclər Paytaxtı” proqramına digər ölkələrdə nəzərdə tutulan bütün tədbirlər başa çatdıqdan sonra yekun vurulacaqdır. Növbəti 2018-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq isə İƏT Gənclər Forumunun qərarı ilə Fələstinin Qüds şəhəri seçilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Dekabr, 2017 12:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |