إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hər kəs dünya ruzisini qazanmaq üçün çalışarsa...

İmam Sadiqin (ə) səhabələrindən olan Fəzl bin Əbi Ğurrə adlı bir şəxs deyir: "İmam Sadiqi (ə) əkin sahəsində işləyib tər tökdüyü halda gördük. Yaxınlaşıb salam verdik və istədik ki, beli əlindən alıb kömək edək.

O Həzrətə (ə) dedik: "Sizə fəda olaq, icazə verin biz işləyək, siz istirahət edin. İcazə verin bu fəhlələr işlərinizi görsünlər."

İmam Sadiq (ə) buyurdu: "Yox!... İcazə verin özüm işləyim. Çünki mən çox istəyirəm, Allah-Taala məni öz iki əlimlə işlədiyim halda görsün və şahid olsun ki, mən ruzimi halallıq, əziyyət, çətinlik və zəhmətlə qazanıram. Hər kəs dünya ruzisini qazanmaq üçün bu niyyətlə çalışsa ki, başqalarına möhtac olmasın, öz ailəsinə ruzi gətirsin və başqalarına da kömək etsin, Qiyamət günü Allah-Taalanın hüzuruna üzü on dörd gecəlik ay kimi işıq saçan halda gələcəkdir."

"Vəsailuş-şiə", Hürr Amuli, 12/24.

Mirməhəmməd Bəşir

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2017  12:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!