|
• Mənəviyyat • MənəviyyatAdam özünə ölüm arzulaya bilərmi?Əvvəla, dinimizdə istər özünə, istərsə də başqalarına qarğış etmək bəyənilmir. Dil bizə ona görə verilib ki, onu müsbət, xeyirli və halal yerlərdə istifadə edək. Müqəddəslərimiz qarğış etməz, hətta öz düşmənləri üçün də hidayət duası edərdilər. İkincisi, həyat Allahın bizə lütfü və əmanətidir. Biz öz həyatımızın tam maliki deyilik ki, ona son qoymaq və ya bunu arzu etmək ixtiyarı da bizdə olsun. Hər kəsin əcəli Allaha məlumdur və Onun məsləhət bildiyi an əcəl gələcək. Üçüncüsü, bu dünya həyatı hər nə qədər çətin və təhlükəli olsa belə, axirəti qazanmaq üçün lazımdır. Əgər dünya həyatı olmasa, cənnətin də mənası olmaz. Biz axirətdəki mükafat və ya cəzamızı bu dünyada qazanırıq. Başqa sözlə desək, cənnət istəyiriksə, Allahın verdiyi ömrü ləyaqətlə yaşamalı və cənnətə layiq olduğumuzu sübut etməliyik. Unutmayaq ki, çətin sınaqlardan uğurla çıxmaq nəticəsində Allahın razılığına və mükafatına layiq ola bilərik. İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2017 12:00 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |