إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İlahi tovfiqlə Bəhreyn xalqı qələbə qazanacaqdır

Bu gün Tehranda Cümə namazına imamlığı İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei edib.

Cümə xütbəsində Bəhreyndə cərəyan edən hadisələrə toxunan Ayətullah Xamenei deyib ki, İlahi tövfiqlə Bəhreyn xalqı qələbə qazanacaqdır.

Bəhreyn dövlətinin İranın Bəhreynə müdaxilə edir ddiasının yalan olduğunu bildirərək deyib ki, İran hara müdaxilə edirsə, mütləq bunu açıq-aşkar edir və gizlətmir. Məsələn, sionist rejiminin əleyhinə olaraq "33 günlük" və "22 günlük" müharibələr zamanı müdaxilə etdik ki, bunun da nəticəsində qələbələr əldə edildi. Bundan sonra da kim sionist rejiminə qarşı vuruşarsa, onun arxasında olacağıq və ona yardım edəcəyik. Buna görə əgər Bəhreyn rəhbərinin dediyi kimi biz Bəhreynə müdaxilə etsəydik, hadisələr başqa cür cərəyan etmiş olardı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2012  17:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!