إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fransada yaşayan müsəlmanların sayı artır

Fransada yaşayan müsəlmanların sayı son illərdə əhəmiyyətli dərəcədə artımla müşahidə olunur.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, bu artımın dəlillərindən biri suriyalı və digər müsəlman ölkələrindən olan qaçqın miqrantların Avropa ölkələrinə çoxsaylı axınıdır. Amma bu artımın əsas səbəbi müsəlmanların Avropa ölkələrinə adi mühacirətlərinin çoxalmasıdır.

ABŞ-ın "Pew" araşdırmalar mərkəzinin (Pew Research Center) verdiyi hesabata görə, 2010-2016-cı illər arasında Fransaya 1.5 milyin müsəlman mühacirət edib ki, onların çoxu adi qayda ilə mühacirət edənlər olub, qaçqınlar deyil.

Həmin hesabata görə, göstərilən illər ərzində Fransaya 80 min nəfər qaçrın sığınacaq üçün mühacirət edib.

Son araşdırmaların nəticələri göstərir ki, hazırda Fransada 7.5 milyon nəfər müsəlman yaşayır.Lakin bu rəqəmin 2050-ci ilədək gözəçarpacaq və əhəmiyyətli dərəcədə artacağı bildirilir.

Araşdırmalarda bu da göstərilir ki, əgər Fransa müsəlmanların bu ölkəyə girişini qadağan edərsə, 2050-ci ilə qədər Fransada müsəlmanların sayı 9 milyona çatacaq və ölkə əhalisinin 13% təşkil edəcək.

Hesabatda bu da göstərilir ki, Fransa, İtaliya, Belçika, Almaniya və İngiltərədə müsəlman ailələrinin cavan olması, gələcəkdə müsəlmanların bu ölkələrdə sürətlə artmasına səbəb olacaq.

Hazırda bu ölkələrə müsəlman mühacirlərinin girişi qadağan olunsa da 2050-ci ilə qədər İngiltərədə 13 milyon, Fransada 12.6 milyon və Almaniyada isə 8.5 milyon müsəlman olacağı gözlənilir.

Hesabatda vurğulanır ki, əgər müsəlman  mühacirlərin qarşısı alınmazsa, 2050-ci ilədək Almaniyada 17.5 milyon və Fransada 13.2 milyon müsəlman olacaq və beləliklə müsəlmanlar 2050-ci ilədək Avropa əhalisinin 11%-ni təşkil edəcək.Hazırda bu qərəm 5%-dir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2017  11:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!