إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əhli-sünnət mənbələri Hz.Rəsuləllahın(s) dilindən İran xalqının tərəqqi edəcəyini bildirməkdədir

Uzun illər Avstraliyanın baş müftisi olmuş Misirin əl-Əzhər Universitetinin ustadı Şeyx Tacəddin əl-Hilali Qum şəhərində Qum Elmi hövzəsinin rəhbəri Ayətullah Müqtədai ilə görüşmüşdür.

Qumda olmağıdan və Qum alimləri görüşməsi dolayından sevinc hissini keçirdiyini bildirən Şeyx Tacəddin əl-Hilali bildirib ki, Qumdan çox böyük şəxsiyyətlər, o cümlədən, İmam Xomeyni(r) və İmam Xamenei kimi adamlar çıxmışdır ki, bu da Qumun mənəviyyat və elm şəhəri olmasının göstəricisidir.

1981-ci ildə İmam Xomeynilə görüşünü xatırlayan Şeyx Tacəddin deyib ki, o görüşü heç zaman unutmaram. İmam əynində qara libas kiçik stol arxasında əyləşmişdi və stolun üzərində kiçik stəkan da var idi. Onun davranışları Peyğəmbər(s) davranışlarını xatırladırdı ki, ondan böyük dərslər əxz etdim.

İmam Xomeynin "Namazın sirləri" kitabına işarə edən əl-Əzhər ustadı deyib ki, o kitabı oxuduqdan sonra onun nə qədər böyük arif olduğunu və qəlbindən İrfan nurunun saçdığını anladım.

Şeyx Tacəddin deyib ki, bir neçə müddət nəyə görə iranlıların İslam ümmətinin vəhdətinə bu qədər təkid etdikləri barədə düşünməkdə idim ki, Məhəmməd surəsinin son ayəsinin təfsiri qarşıma çıxdı. 40-a yaxın Əhli sünnə mənbəsini, o cümlədən, İbn Kəsiri, Zəməxşəri, Buxarini mütaliə etdim və gördüm ki, ayənin təfsirində deyilir ki, Hz.Rəsuləllah(s) əlini Salman Farsinin çiyninə qoyaraq Salmanın qövmünün gələcəkdə çox uca tərəqqilər əldə edəcəyini bildirmişdir. O zaman mənə agah oldu ki, İranın və iranlıların gördükləri işlər İlahi təklifdir ki, onların üzərinə qoyulmuşdur.

Şeyx Tacəddin daha sonra deyib ki, uzun illərdir ki, ABŞ və İsrail səy göstərirlər ki, Yaxın Şərqdə öz mənafelərinə uyğun Yaxın Şərq qursunlar. Amma hər dəfə İran onların bu hiylələrini bəyan edərək bunun qarşısında dayandı və nəticədə bu gün Yaxın Şərq onların mənafelərinə uyğun olan yox, İslami Yaxın Şərqə çevrilmişdir. Məhz bu səbəbdən düşmənlər əl-ələ verib İslamın əzəmətini aradan aparmaq istəyirlər. Bunun qarşısını almaq üçün İranın və Qum hövzəsinin boynuna böyük vəzifə düşmüşdür.

Bu gün boynumuşa şəri vəzifə gəlib ki, müsəlmanları həqiqi İslamdan uzaqlaşdıran vahhabilərlə mübarizə aparaq deyən əl-Hilali deyib ki, bu gün onlar hər tərəfi öz kitabları ilə doldurmadadırlar ta ki, müsəlmanları Natiqi-Qurandan kənar salsınlar və öz istəklərinə çatsınlar. Hz.Rəsuləllah bizə iki əmanət tapşırıb; Quran və Əhli-Beytini(ə). Əgər onların birini kənara qoysaq, böyük problemlərə düçar olacağıq. Bu gün əksər müsəlmanların Əhli-Beytdən(ə) kənar düşdüklərini və onların elmlərindən xəbərsiz olduqlarını deyən Şeyx Tacəddin deyib ki, halbuki Hz.Rəsuli-Əkrəm(s) bizə onları Qurandan ayrı tutmamağı tapşırmışdır.

Şiə və əhli-sünnə vəhdətinin zəruriliyindən danışan Şeyx Tacəddin deyib ki, uzun illər idi ki, sionistlər rahat bizim ölkəyə gəlib gedirdilər, hətta təyyarələri bizim hava məkanlarımıza daxil olaraq Qahirəyə enirdilər. Amma qardaş İranla belə əlaqə mövcud deyildi. Və misirlilər qardaş iranlılardan bixəbər idilər. Bu münasibət hökümət tərəfindən ümumən şiələrə qarşı həyata keçirilirdi. Livan Hizbullahının sionistlər üzərində qələbəsindən sonra camaat evlərində Seyyid Həsən Nəsrullahın şəkil və portretlərini asmağa başladı ki, Mübarək şəxsən əl-Əzhər alimlərindən istədi ki, çıxıb Seyid Həsən Nəsrullahın məqamını aşağılasınlar. Dəlil kimi onun şiə olmasını göstərib, şiələrin əqidələrinin fasid və batil olmasını bildirsinlər.

Çıxışının sonunda Misirdə baş vermiş inqilab barədə danışan Şeyx Tacəddin bu inqilabın anası olan inqilabdan yəni İran İslam İnqilabından bir çox şeylər öyrənməyə ehtiyaclı olduğunu bildirərək Ayətullah Müqtədaidən istəyib ki, Qum alimlərini tezliklə Misirə ezam etsin ki, Misirdə din alimləri ilə müzakirələr aparıb təmaslar qursunlar.

Ayətullah Müqtədai Şeyx Tacəddinə etdiyi çıxışa və Misirdə şiələrə qarşı tutduğu ədalətli mövqeyinə görə təşəkkür edərək Misir alimləri ilə təmasların qurulmasına və həmkarlıq etmələrinə hazır olduqlarını bildirib. Ayətullah Müqtədai görüşdə həmçinin müsəlmanların arasında vəhdətin zəruriliyindən danışıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2012  22:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!