|
• DünyadaBəhreyn rejiminin Ayətullah İsa Qasimi xəstəxanaya köçürdüyü deyilirEv dustaqlığında saxlanılan Ayətullah isa qasim Bəhreyn rejimi təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə evindən aparılıb Al-Aləm telekanlının məlumatına görə, son günlər ev dustaqlığında saxlanılan və səhhətində problem yaranmış Bəhreyn İslami Hərəkatının lideri Ayətullah İsa Qasim bu gün müalicə üçün Bəhreyn beynəlxalq xəstəxanasına köçürülüb. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, telekanalın məlumatına deyilir ki, bu gün təcili tibbi yardım avtomobili Bəhreyn rejim təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə Ayətullah İsa Qasimi evindən xəstəxanaya aparıb. Qeyd edək ki, bir neçə gün öncə Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdır. Ötən bir neçə gün ərzində Bəhreyn xalqı küçələrə axışaraq Ayətullah Qasimin müalicə edilməsi tələbi ilə mitinqlər keçirib. Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2017 14:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |