|
• DünyadaMaksim Şevçenko: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”Avropa Birliyinə birləşmək istəyən ermənilər Rusiyanın düşmənidir və Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Ahlibeyt.az-ın məlumatına görə, bunu rusiyalı publisist, politoloq Maksim Şevçenko Rusiyanın birinci kanalında yayımlanan “ Vaxt göstərəcək”(Vremya Pokajet) verilişi zamanı çıxışında deyib. Verliş zamanı Polşalı jurnalist Tomaş Meçeyçuk bildirib ki,Rusiya Azərbaycanı silahlandırır.Onun sözlərinə görə Ermənistan Avropa birliyinə üzv olmalıdır və Qarabağla bağlı sual ünvanlayıb. Maksim Şevçonko polşalı jurnalist Tomaş Maçeyçukun sualının cavabında Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirib və erməniləri Rusiyanın düşməni adlandırıb. Qeyd edki,bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş Dəyirmi masada Rusiyanın İzbor klubunun üzvü Maksim Şevçenko bildirib ki, "Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir və Rusiya hazırkı vəziyyətdə özünü daha fəal aparmalı və Bakını dəstəkləməlidir". Ekspertin rəyinə görə, dialoq üç ölkə – İran, Türkiyə və Rusiya arasında aparılmalıdır. Şevçenko həmçinin bildirib ki, öz torpaqlarından didərgin düşən insanları da unutmaq olmaz. "Onların və ya varislərinin geri qayıtması məsələsini sərt şəkildə qoymaq lazımdır. Bunsuz heç bir həlldən söhbət belə gedə bilməz", - deyə o əlavə edib. M.Şevçenkonun sözlərinə görə, ABŞ və Avropa İttifaqı bu məsələni həll edə bilmir və bunu istəmir. Bunu yalnız Tehran-Moskva-Ankara dialoqu çərçivəsində etmək olar. Şevçenko bildirib ki, hazırda Dağlıq Qarabağla bağlı vəziyyət Rusiyanın nəzarəti altındadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2017 10:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |