|  | 
| • Mənəviyyat • MənəviyyatQadın hicaba keçdikdən sonra əvvəlki şəkillərini baxmaq üçün naməhrəmə verə bilərmi?Qadın hicaba keçdikdən sonra əvvəlki şəkillərini naməhrəmə baxmaq üçün verə bilərmi? Hicab qadına vacib olan bir hökmdür və qadın mütləq naməhrəmlərin yanında örtünməlidir. Bunu etməyən qadın günah qazanır. Qadının real vəziyyəti ilə təsviri, şəkli, videosu da eyni hökmü daşıyır. Yəni qadın real həyatda kimlərdən örtünürsə, öz hicabsız təsvirlərini də həmin adamlardan gizlətməlidir. Burada qadının hal-hazırda hicablı olması və ya hicaba keçməzdən əvvəlki vaxtı fərq etməz. Hicab örtmədiyi zamanlar qadının səhvi kimi dəyərləndirilir. Allah mərhəmətlidir, həmin səhvi bağışlaya bilər. Amma qadın öz səhvini başa düşdükdən sonra yenə də bunu təkrar etsə, günah sayılar. Yəni qadın yetkinlik yaşından etibarən hicab örtməli olduğunu bildiyi halda, hicabdan əvvəlki dövrünə aid olan şəkilləri və videoları naməhrəmlərə göstərməsi düzgün deyil. Amma bu halda çox araşdırmaq və özünü çətin vəziyyətə salmaq da bəyənilmir. Yəni vacib deyil ki, özünün hicabsız şəkillərini naməhrəmdən geri istəsin və ya bu şəkilləri geri almaq üçün həddən artıq canfəşanlıq göstərsin. Mənbə- İslam.az 
 
 Saytın materiallarından istifadə edərkən istinad vacibdir! 
         27 Noyabr, 2017  15:15 ⁄ Çap
     Bu bölmədə7 Noyabr, 2023Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi 16 Sentyabr, 2023Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023Eyblərin örtülməsi - Kumeyl duasının şərhi | 
  Xəbər lenti
  27 Sentyabr, 2025  11:10 9 Sentyabr, 2025  20:00 | 
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |