إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə lideri ölkəsinin suriya ilə bağlı mövqeyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin tərəfdarı olduğunu təsdiq edərək, Türkiyənin Suriyanı parçalamağa çalışan terror qruplaşmalarını qanuni “oyunçu” kimi görməyəcəyini deyib.

Ahlibeyt.az-ın məlumatın görə, İslamazeri.com-un Parstodey-ə istinadən verdiyi xəbərə əsasən

Ərdoğan əlavə edib ki, regional ölkələrin milli təhlükəsizliyinə, Suriyanın siyasi birliyinə və ərazi bütövlüyünə əl uzadan terror elementlərinin kənar edilməsi ölkəsinin ən mühüm prioritetidir.

Biz Rusiya və İranla regional məsələlər üzrə intensiv danışıqları davam etdiririk və bunun nəticəsini artıq bütün sahələrdə görürük.”, - deyə o qeyd edib.

İran Prezidenti Həsən Ruhani ilə görüşə işarə edən Ərdoğan bəyan edib: “Biz, cənab Ruhani ilə bütün sahələrdə 2-tərəfli əməkdaşlığın inkişafına dair razılaşdıq.

O daha sonra bildirib ki, iranlı və rusiyalı həmkarları ilə mühüm görüşlər keçirilib: “Tam səmimiyyət şəraitində qaynar məsələlər, xüsusən də Suriyadakı vəziyyət müzakirə edilib.

Türkiyə lideri Suriyadakı hadisələrə təsir edən ölkələri Soçi sammitində qəbul edilmiş səylər və qərarları dəstəkləməyə səsləyib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2017  12:16 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!