|
• DünyadaPolis forması ilə bərabər hicab geyməsinə icazə verildi - NiderlandiyadaNiderlandiyada hüquq-mühafizə orqanlarında çalışan müsəlman qadınlar hicab geymək hüququna malikdirlər. Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “islam-today”-ə istinadən xəbər verir ki, müvafiq qərar, ölkənin İnsan Hüquqları Komissiyası tərəfindən qəbul edilib. Komissiya hüquq mühafizə orqanlarında müsəlman xanımların başörtüsünün qadağan olmasını ayrı-seçkilik hesab edib. Xatırladaq ki, Hollandiya qanunlarına əsasən, hüquq-mühafizə orqanlarına polis forması ilə yanaşı xidmətdə dini rəmzləri taxmaq qadağandır. Buna görə polisdə işləyən müsəlman qadınlar isə adi paltarlarla xidmət edirlər. Bu isə onların karierasına əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edək ki, polis forması ilə bərabər hicab geyilməsinə icazə verən qərar bütün polis əməkdaşlarına deyil, yalnız Komissiyaya şikayət verən Rotterdamlı Sara İzata şamil edilib. Ancaq bunun gələcəkdə qanuna dəyişiklik üçün zəmin yarada biləcəyi də istisna olunmur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2017 12:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |