|
• DünyadaBu il Ərbəin ziyarətinə gələnlərin sayı artib - Qərargahdan açıqlamaBu ilki Ərbəin ziyarətində əcnəbi zəvvarların xüsusi ilə Azərbaycandan olan zəvvarların sayı artmışdır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu Ərbəin" Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri Maide.Az-a açıqlamasında deyib. Ş.Heydəri deyib ki, zəvvarlar heç bir çətinliklə qarşılaşmadan İran-İraq sərhəddini keçib və Ərbəin ziyarətinə gedib. “Bu ilki Ərbəin yürüşündə iştirak etmək üçün Azərbaycan, Gürcüstan, Pakistan və Əfqanıstandan 87 min əcnəbi zəvvar İrandan quru yolla tranzit olaraq İraqa gedib. Cari ilin Ərbəin yürüşündə həmçinin İranın daxilində yaşayan təqribən 187 min əcnəbi zəvvar (əsasən Əfqanıstandan olan və İranda yaşayan) İraqa səfər edib. Onun sözlərinə görə, cari ilin Ərbəin yürüşündə Azərbaycan Respublikasından zəvvarların sayı ötən illərlə müqayisədə çoxalıb. “Azərbaycanlı zəvvarlar çox nizam-ntizamlı idilər və öz davranışları və nizam – intizamı ilə digər zəvvarlar üçün nümunə idilər. Gələn həftə ölkələr üzrə İran ərazisindən İraqa Ərbəin yürüşü üçün səfər edən əcnəbilərin dəqiq statistikasını açıqlayacağıq.” İranın qərb bölgəsində baş vermiş zəlzələ ilə bağlı zəvvarların ölkələrinə geri dönüşündə heç bir maneənin yaranmadığını bildirən Ş.Heydəri deyib ki, hazırda sərhədlərdə sıxlıq yoxdur və əcnəbi zəvvarlar Mehran və Şələmçə sərhədləri vasitəsi ilə öz ölkələrinə qayıda bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2017 15:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |