إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə ilk dəfə olaraq müfti tərəfindən rəsmi nigah bağlandı

Türkiyədə müftilərə rəsmi nigah bağlamaq hüququ verən qanun qüvvəyə minib.

Ahlibeyt.az-ın türk mediasına istinadən məlumatına görə,müftilərə rəsmi nigah bağlamaq hüququ verən qanun layihəsi Türkiyə parlamenti tərəfindən qəbul edildikdən sonra, prezident tərəfindən təsdiqlənərək qüvvəyə minib.

Məlumata görə,müfti tərəfindən ilk rəsmi nigah mərasimi bir gün əvvəl Bismil bələdiyyəsində yerləşən solonların birində baş tutub.

Mehmet Emin Sevim ilə Özlem Sevim cütlüyünin nigahını bağlayan Müfti Akan, rəsmi evlilik zərfini gəlinə təqdim edib.

Mərasimdə çıxış edən Bismil ilçe Müftüsü Ahmet Durmuş isə əvvəllər dini nigah oxuduğunu bildirərək, ilk dəfə rəsmi nigah bağlamanın həyəcanını yaşadığını bildirib.

Müfti A.Durmuş qeyd edib ki,ilk dəfədir rəsmi bir nigah bağlayırıq:

"Keçmişdə gecə yarısında gəlib bizi evden çağırırdılar ki,gəlin nigahımızı bağlayın. Gedib oxuyurduq, amma yalnız dini nigah bağlaya bilirdik və bunun hüquqi əsası yox idi.Hərkəsin azyaşlılar arasında evliliklər artar deyə bir qorxusu vardı və buna görə də belə bir qanunun qəbul edilməsinə əngəl olurdu.

Biz artıq evləndirmə məmurları olaraq qanunların icazə verdiyi yaş həddi ölçüsündə nigah bağlayacağıq. Yani qanunla yaş həddi neçədirsə biz də o yaştan daha az olanların nigahını əsla bağlamayacağıq.Dəyanətin bizə verdiyi icazə ölçüsündə rəsmi olaraq nigah oxuyacağıq"

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2017  13:01 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!