إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Livan Prezidenti: Həririni nəzarət altında saxlamaq insan hüquqlarına ziddir

Prezident Mişel Aun Səudiyyə Ərəbistanından hesabat tələb edib.

Səudiyyə Ərəbistanında saxlandığı bildirilən Livanın istefasını elan etmiş Baş naziri Səəd Həriri öz "Twitter"səhifəsində bir neçə günə Livana qayıdacağını yazıb.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, Livan Prezidenti Mişel Aun isə Həririnin ehtimal edilən ev dustaqlığında saxlanmasını insan hüquqlarına zidd olduğunu açıqlayıb. O bəyan edib ki, sabiq Baş nazirin hələ də öz ölkəsinə qayıtmamasının heç bir üzrlü səbəbi ola bilməz.

Prezident Aun, həmçinin Həririn istefa bəyanatını da qəbul etmədiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı hökumətini Həririni nə üçün öz ölkəsinə hələ də buraxmamasına aydınlıq gətirməyə çağırıb.

Xatırladaq ki, Səəd Həriri noyabrın 4-də Səudiyyə Ərəbistanı paytaxtında istefasını elan edib. O, həmin vaxtdan bəri Riyaddadır.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2017  15:17 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!