إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərəbistan Yəmən paytaxtının hava limanını bombalayıb

Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarələr Yəmənin paytaxtında hava limanını bombalayıbar - Səna hava limanına ciddi ziyan dəyib.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, Sənadakı hava limanının bombalanması onsuz da ölkədə ağır olan humanitar vəziyyəti daha da kəskinləşdirib.

Yəmən rəsmilərinin açıqlamasına görə, hava limanının yer naviqasiya qülləsi və eniş-qalxış zolağının bir hissəsi raket zərbələri nəticəsində dağılıb.

Faktı BMT rəhbərliyi də təsdiqləyib. Qeyd olunub ki, limanın bombalanması Səudiyyə Ərəbistanı rəhbərliyi öz vədinə sadiq qalacağı təqdirdə, Yəmənə humanitar yardım çatdırmaq işinə əngəl olmayacaq.

Xatırladaq ki, noyabrın əvvəlində Ərəbistan rəhbərliyi Yəmənin bütün dəniz, hava və quru sərhədlərinə blokada rejimi tətbiq edib. Bu səbəbdən milyonlarla yəmənli aclıqdan həlak olma təhlükəsilə üz-üzə qalıb. Beynəlxalq qurumların çağırışlarına baxmayaraq Riyad hələ ki, dəniz və hava limanlarının fəaliyyətinə icazə vermir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2017  11:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!