إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-da yeni möhtəşəm məscid istifadəyə verilib – FOTO

Amerikanın Florida ştatının Orlando şəhərində  gözəl və möhtəşəm memarlığı ilə seçilən məscidin açılışı olub.

Ahlibeyt.az-ın məlumatına görə,Maide.az  “İslam-today” saytına istinadən xəbrə verir ki, məscidin tikintisində mərmər və islami naxışlardan istifadə olunub. Məscid bölgədə digər məscidlərdən öz böyüklüyü ilə də fərqlənir.  Bu məscid islami bəzəklərinə görə Yaxın Şərq  ölkələrindəki böyük məscidlərlə rəqabət apara bilər.

Məscidin tikintisinə 16 milyon dollar xərclənilib. Bu vəsait yerli müsəlman icmasının üzvləri tərəfindən toplanılıb.  Məscidin tikintisi təxminən 7 ilə tamamlanıb.

Qeyd edək ki, məscidin qübbəsi Yunanıstanın Tassos adasından gətirilmiş mərmərdən hazırlanıb. Eyni mərmər Məkkədə Müqəddəs Kəbədə də istifadə olunub.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2017  12:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!