|
• DünyadaAzərbaycan YUNESKO-nun Hökumətlərarası Bioetika Komitəsinə üzv seçilibParisdə YUNESKO Baş Konfransının 39-cu sessiyası çərçivəsində təşkilatın yardımçı orqanlarına seçkilər keçirilib. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, seçkilərdə Azərbaycan YUNESKO-nun Hökumətlərarası Bioetika Komitəsinə (İGBC) 4 il müddətinə üzv seçilib. İGBC-yə üzvlük ölkəmizin bioetika sahəsi üzrə nailiyyətləri barədə beynəlxalq elmi dairələrə məlumatın çatdırılmasına, digər ölkələrin alimləri ilə əməkdaşlığın yaradılmasına və təcrübə mübadiləsinə töhfə verəcək. YUNESKO bioetika sahəsi ilə fəal şəkildə məşğul olur. Bu sahədə ölkələr arasında əməkdaşlıq platforması yaratmaq üçün 1993-cü ildə YUNESKO-nun Bioetika Proqramı təsis edilib. Hökumətlərarası Bioetika Komitəsinin əsas məqsədi YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin bioetika üzrə məsləhət və tövsiyələrini nəzərdən keçirmək və istiqamətləndirməkdən ibarətdir. Komitə 1998-ci ildə yaradılıb, 36 üzv dövlətdən ibarətdir və iki ildən bir toplanır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Noyabr, 2017 10:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |