إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Ərbəindir - İmam Hüsey(ə)ın şəhadətinin 40 mərasimi

Bu gün şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibni Əlinin (ə)  və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir. İmamın (ə) 40-ı günü İslam təqvimində əlamətdar günlərdən biridir. Bu gün ilk dəfə olaraq Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r) Kərbəla şəhidlərini ziyarət edib.

Məhərrəm-Səfər matəmində Aşura günündən sonra ən böyük izdihamla qeyd olunan gün məhz Ərbəin günüdür. Bu günlərdə Kərbəlaya milyonlarla müsəlman toplaşır.

İmam Hüseynin (ə) ərbəinində (Kərbəla şəhidlərinin qırxı günü) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”

Şeyx Tusi (rə) özünün Təhzib və Misbah adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə)  buyurmuşdur - “Möminin beş əlaməti vardır:

1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;

2. sağ ələ üzük taxmaq;

3. səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək;

4. “ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək;

5. “ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq.

İmam Hüseynin (ə) Ərbəini qiyamətə qədər davam edəcək bir mərasimdir. İmam Hüseynin (ə) məqsədləri peyğəmbərin məqsədlərindən fərqlənmir. Həzrət Əli (ə) buyurur ki, Allah peyğəmbərin əli ilə xalqı cəhalətdən və azğınlıqdan qurtardı. İlahi rəhbərlər cəmiyyətə sağlam düşüncə və mənəviyyat gətirirlər. Məsumlar buyururlar ki, insanların ən çox bağışlayanı peyğəmbər olub. Peyğəmbər mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb. İmam Hüseyn (ə) də eynən peyğəmbər kimi hərəkət edib. Seyidüşşühəda (ə) ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb.

İmam zil-hiccənin 8-ci günü Kəbə zəvvarları arasında buyurdu: "Bu gün bizim qurbangahımız Kərbəla torpağı, ehram libasımız kəfənimizdir. İslamın nicatı üçün canımızı verməliyik. Yalnız Qurbanlığa hazır olanlar mənimlə gəlsin. Mənimlə gedənlərin vətəni liqaullahdır. Zahiri qələbə sorağında olanlar mənə qoşulmasın". Bu sözlərdən sonra İmama qoşulanları insnaların üstünü saymamaq olmaz.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2018  10:45 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!