إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Macarıstanda məscid olmayacaq" açıqlaasına - İslam dərnəklərindən cavab

Macarıstanda son dövrdə İslam əleyhinə ifadələr artır.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Avropa mediasına istinadən xəbər verir ki, Macarıstanın "Jobbik Partiyası"nın sədr müavini Laszlo Toroczkainin bələdiyyə sədri olduğu, heç bir müsəlmanın yaşamadığı Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka və burkini geyinilməsinin qadağan edilməsi qərarı alınmışdı.

Macarıstan Baş Nazirinin müavini Zsolt Semjen bir forumda çıxışında, "Uşaqlarımın, nəvələrimin şəriətin kölgəsində yaşamasını istəmirəm. Bir yerdə müsəlmanlar toplu halda yaşadıqları zaman əvvəl-axır İslam hüququnu tətbiq edilməsini istəyəcəklər. Bu təkcə müsəlmanlara deyil, o bölgədə yaşayan hər kəsə aid olacaq. Biz Əziz Istvanın ölkəsinin xilafət olmasını istəmirik" deyə bəyanatlar vermişdi.

Son olaraq da Macarıstanda iqtidardakı "Fidesz" partiyasının Məclis Qrup başçısı Qerqeli Qulyasın "Macarıstanda məscid olmayacaq" açıqlamasını edib.

"Macar İslam Haqları Qoruma Dərnəyi" isə Macarıstanda məscid funksiyasını yerinə yetirən bir çox ibadətgah var və hamısına nəzarət etməyin mümkün olduğunu açıqlayıb.

Açıqlamada, "Qerqeli Qulyasın İslam dininin vacibatlarının yerinə yetirilməsini milli təhlükəsizlik riski kimi dəyərləndirməsi və bu çərçivədə dediyi, "Macarıstanda məscidlər olmayacaq" şəklindəki açıqlaması bizi şoka saldı" deyilib.

Qulyasın İslamın Macarıstanda rəsmi din olaraq qəbul edilməsinin 100-cü ili münasibətilə ötən il keçirilən konfransa iştirak etdiyi bildirilən açıqlamada, bu gün isə bir çox beynəlxalq müqavilədə, Avropa Birliyinin (AB) qanunlarında və Macarıstan konstitusiyasında yer alan azadlıqların məhdudlaşdırılması barədə bəyanatlar verdiyi qeyd olunub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2017  09:08 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!