إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanlı Quran qiraətçiləri beynəlxalq müsabiqədə uğurlu çıxış ediblər

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İran İslam Respublikasının Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İƏT Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata əsasən, 17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı “Heydər Məscidi”nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil ediblər.

İran İslam Respublikası Gənclər və İdman nazirinin müavini, Şiraz vilayətinin başçısı, və digər yerli dövlət qurumları nümayəndələri, İƏT Gənclər Forumu rəhbər nümayəndələri, Türkiyə Diyanət Başkanlığı Quran Qiraəti Qurumunun başçısı, İstanbul şəhəri baş müftisi, eləcə də elm, mədəniyyət və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin bağlanış mərasimində iştirakçılara sertifikatlar verilmiş və qaliblər elan edilib.

Qeyd etmək lazımdır ki, müsabiqə üzrə beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycanı təmsil edən iştirakçılar 2-ci və 3-cü yerləri tutmuşlar. Xatırladaq ki, İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramı 2015-ci ildən etibarən İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilir, 2016-cı ildə İstanbul, 2017-ci ildə Malaziyanın Putracaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri İƏT Gənclər Paytaxtı seçilmişlər.

2018-ci il üçün İƏT Gənclər Paytaxtı Fələstinin Qüds şəhəri elan olunub. “İƏT Gənclər Paytaxtı” proqamı çərçivəsində İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına və müxtəlif sahələr üzrə işbirliyinə yönəlmiş layihələrə dəstək, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici xarakterli tədbirlər həyata keçirilir.

Bu ilin sonuna qədər qeyd olunan şəhərlərdə kino və nəsr əsərləri üzrə yaradıcı müsabiqələr, müsəlman gənclərinin beynəlxalq könüllük hərəkatında iştirakı, miqrasiya problemlərinin həlli, gənclərin start-up layihələrinə dəstək və s. istiqamətli tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.







Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2017  11:05 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!