إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya Suriyaya dair qətnamə layihəsini BMT TŞ-ə təqdim edib

Rusiya Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnamə layihəsini BMTTəhlükəsizlik Şurasına təqdim edib.

 

Ahlibeyt.az-ın  APA- ya istinadən xəbərinə görə, bu barədə “RİA Novosti”yə təşkilatdakı diplomatik mənbə bildirib.

 

Məlumata görə, sənəd BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmin mütəxəssislərinin fəaliyyətinin mandatını 2018-ci ilin mayınadək uzadılmasını nəzərdə tutur.

 

Bundan başqa, Moskva 4 aprel tarixində Xan Şeyhun şəhərində kimyəvi silahdan istifadə olunması ilə bağlı insidentin hərtərəfli araşdırılması üçün bu şəhərə mütəxəssisləri göndərməyə çağırıb.

 

Qətnamə layihəsi həmçinin Xan Şeyhunda istifadə edilən zarinin guya “Şayrat” aviabazasında saxlanıldığına dair iddianı yoxlamaq və yerində araşdırma aparmaq üçün mütəxəssislər qrupunun aviabazaya göndərilməsini nəzərdə tutur.

 

ABŞ nümayəndə heyəti də missiyanın mandatının uzadılmasına dair hazırladığı qətnamə layihəsini BMT TŞ-ə təqdim edib. Sənəd mandatın 24 ay müddətinə uzadılmasını nəzərdə tutur.

 

Qeyd edək ki, hazırkı mandatın müddəti noyabrın 17-də başa çatır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2017  10:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!