إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstan məscidlərindən 300 nəfərlik zəvvar karvanı Ərbəin ziyarətinə yola salınıb

Həzrət İmam Hüseynin(ə) 40 mərasimi ilə əlaqədar Ərbəin ziyarətinə milyonlarla insan dünyanın hər bir yerindən Kərbəla ziyarətinə axışır.

Ahlibeyt.az-ın məlumatına görə,bu il Gürcüstan məscidlərindən 300 nəfərlik zəvvar karvanı Kərbəlaya Ərbəin ziyarətinə yola düşüblər.

Zəvvarların Kərbəla, Nəcəf şəhərlərində yerləşən müqəddəs ziyarətgahları və  dini məkanları ziyarət edəcəkləri nəzərdə tutulub.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bu ziyarət karvanlarının təşkilində zəhməti olan təşkilatlara  təşəkkürünü bildirib:

"Marneuli - “İmam Əli (ə)” adına Xeyriyyə Fonduna, Tbilisi, "Əhli-beyt", "Ali Əba" və Həzrət Həmzə məscidlərinin əhlinə, təşkilində, bələdçiliyində zəhməti olan bütün ruhani və mömün qardaşlara və eləcədə ziyarət karvanlarının yola düşməsinə şərait yaradan, dəstək olan hər təşkilat və şəxsə təşəkkür edir, Allahdan əcr diləyirik.

Mehriban Allahdan zəvvarlarımızn ziyarətinin qəbul olunmasını, onların sağ salamat ailələrinə qayıtmasını diləyirik. Allah arzusunda olan hər kəsə nəsib etsin. Amin!"

Qeyd edək ki,bu il Gürcüstandan Ərbəin ziyarətinə gedənlərin sayının daha çox olduğu bildirilir.Zəvvarların fərdi və kiçik qruplar halında Kərbəlaya yola düşdüyü qeyd olunur.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017  16:07 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!