|
• DünyadaBu il Rusiyadan Ərbəin ziyarətinə kütləvi axın var“Bu il Rusiyadan İmam Hüseynin (ə) ziyarətinə kütləvi axın var. Əhlibeyt sevərlər Xanım Zeynəbin (ə.s) yolunu gedir. Məhz Ərbəin günü peyğəmbər övladını yad edirlər” Ahlibeyt.az-ın məlumatına görə,bunu SalamNews-un Moskva müxbirinə açıqlamasında Rusiya Federasiyasında “Əhli-Beyt” Cəmiyyətinin sədri Nizami Baloğlanov deyib. Onun sözlərinə görə, bu il ziyarətə gedənlərin sayı keçən illərə nisbətən daha çoxdur. Ötən gün Moskvanın Vnukova hava limanından 120 zəvvar yola salınıb. Zəvvarlar arasında Asif Bağırov, Namiq Abışov, Ağa Rəşid Talıblı kimi tanınmış ruhanilərdə var. Yaxın günlərdə isə daha 150-ə yaxın zəvvər yola salınacaq. Qeyd edək ki,müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlıdır. Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və "Ərbəin ziyarətnaməsi"ni oxumaq böyük savaba malikdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017 12:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |