إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan prezidenti İlham Əliyev İranın Ali lideri Seyyid Əli Xamenei ilə görüşüb

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

Ahlibeyt.az-ın leader.ir-ə istinadən verdiyi xəbərə görə, görüşdə Ayətullah Xamenei Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və iki ölkənin dərin tarixi bağlarının olduğunu qeyd edib.

"İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələrin olmasını istəməyənlər var ki, onların istəkləri və addımları qarşısında müqavimət göstərmək, daha ciddi əzmkarlıq və iradə ilə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək lazımdır. "

Azərbaycan əhalisinin əksəriyyətinin İran və İraq xalqları kimi Əhli-beyt(ə) məktəbinin davamçıları olduğuna diqqət çəkən ayətullah Xamenei qeyd edib ki,"Bu xeyirli fürsət və Azərbaycanda əzəmətli əzadarlıq mərasiminin qədrini bilmək lazımdır- bu sizin ölkənin və xalqın milli kimliyini gücləndirir."

Sabiq SSRİ hökumətinin marksist ideologiyasını yaymaq və Azərbaycanda dini unutdurmaq üçün çoxlu səylərinin uğursuzluğunun əsas səbəbini xalqın imanlı olmasında görüb və deyib ki, bu il Məhərrəm ayı əzadarlıq məclislərinin izdihamlı keçməsi Azərbaycan xalqının sarsılmaz imanının göstəricisidir - deyə Ayətullah Xamenei bildirib.

Görüşdə Azərbaycan  prezidenti İlham Əliyev  İranda özünü öz evində olduğu kimi hiss etdiyini bildirib və qeyd edib ki, son illər iki ölkə arasında  əməkdaşlığın səviyyəsi artıb. İranla münasibətlərimizdə  tamamilə ciddiyik və heç kimin müdaxiləsinə və iki ölkənin əlaqələrini pozmasına icazə verməyəcəyik.

Prezident İ.Əliyev  Azərbaycan və İran arasında mədəni, iqtisadi, enerji, tranzit və qarşılıqlı investisiya sahələrində əməkdaşlıqların olduğunu vurğulayıb və Azərbaycan hökumətin məscidlərin tikintisi sahəsində çalışmalarından danışıb.

Prezident qeyd edib ki, Hazırda  İranla iqtisadi və mədəni əlaqərəmizi möhkəmləndiririk və bu əlaqələrin davamlı və sarsılmaz olması üçün ciddi iradəmiz var.

 

azerbaycan prezidenti ilham eliyev eli xamenei ile gorusub yenilenib

azerbaycan prezidenti ilham eliyev eli xamenei ile gorusub yenilenib

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017  08:18 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!