|
• DünyadaŞəki YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilibAzərbaycanın sənətkarlıq paytaxtı Şəki şəhəri YUNESKO-nun “Yaradıcı şəhəri” elan edilib. Ahlibeyt.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi YUNESKO Katibliyinə təqdim edilmiş və AR Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və YUNESKO yanındakı Daimi Nümayəndəliyinin birgə səyləri nəticəsində Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilib. YUNESKO-nun Baş Direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017 08:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |