|
• Dünyadaİran azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişini asanlaşdırıb“Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”. Ahlineyt.az-ın məlumatına görə, bunu APA-nın Tehran bürosuna İranın Ərbəin Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib. Ş. Heydəri bildirib ki, indiyədək əcnəbilərin, xüsusilə Azərbaycan və Türkiyədən olan zəvvarlar İraq ərazisinə keçməsi yalnız Şələmçə sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün olub: “Qərara alındı ki, zəvvarların səfərini asanlaşdırmaq məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə də gediş gəlişinə icazə verilsin”. O deyib ki, Azərbaycandan Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran sərhəd-buraxılış məntəqəsi ilə yanaşı, Xosrəvi sərhəd-buraxılış məntəqəsindən də keçə bilər. Lakin hələlik Xosrəvi məntəqəsində gediş-gəliş bərpa olunmayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2017 18:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |