1 Noyabr, 2017
İran azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişini asanlaşdırıb

“Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”.

Ahlineyt.az-ın məlumatına görə, bunu APA-nın Tehran bürosuna İranın Ərbəin Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib. Ş. Heydəri bildirib ki, indiyədək əcnəbilərin, xüsusilə Azərbaycan və Türkiyədən olan zəvvarlar İraq ərazisinə keçməsi yalnız Şələmçə  sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün olub:

“Qərara alındı ki, zəvvarların səfərini asanlaşdırmaq məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə də gediş gəlişinə icazə verilsin”.

O deyib ki, Azərbaycandan Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran sərhəd-buraxılış məntəqəsi ilə yanaşı, Xosrəvi sərhəd-buraxılış məntəqəsindən də keçə bilər. Lakin hələlik Xosrəvi məntəqəsində gediş-gəliş bərpa olunmayıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7594.html