|
• DünyadaTürkiyə Osmanlı dövrünə aid Quran nüsxəsini Londonda hərracdan çıxartdırdıTürkiyənin Turizm və Mədəniyyət Nazirliyi milad tarixi ilə 16-cı əsrə aid olan və Osmanlı imperiyası dövründə hüsnxətt ustası tərəfindən yazılan Quran nüsxəsinin Londonda satışının qarşısını alınıb. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, bu nüsxə Londonun "Christie's" hərrac mərkəzində satışa çıxarılmışdı və qərar idi ki, 26 Oktyabr 2017-ci il tarixində satılsın. Bu xəbəri eşidən Türkiyə cümhuriyyətinin rəsmi məqamları bildirdilər ki, ilkin qiyməti 120 min pond (157 min dollar) olan bu nüsxənin Türkiyədən qaçaq yolu ilə oğurlandığı ehtimalı var. Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi milad tarixi ilə 16-cı əsrə aid olan Quran-Kərim nüsxəsinin İngiltərənin paytaxtı Londonda hərracda satışının qarşısını almaq üçün qanun qəbul edərək Quran nüsxəsinin qaçaq olduğunu bildirdi və satınışını qeyri-qanuni hesab etdi. Türkiyənin Turizim və Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə səyləri nəticəsində bu qiymətli Quran nüsxəsinin satışının qarşısı alındı və nüsxənin Türkiyəyə qaytarılması istiqamətində danışıqlar aparılır. Bu qədim Quran-Kərim nüsxəsi milad tarixi ilə 16-cı əsrdə Osmanlı imperiyası dövründə hüsnxətt ustadlarının birini oğlu tərəfindən yazılmışdır. Qeyd edək ki, Quran nüsxəi Osmanlı imperiyası dövrünün məşhur xəttatı və Osmani-İslami hüsnxətt və xəttatlıq məktəbinin banisi Ustad Şeyx Həmdüllahın oğlu Mustafa Dədə tərəfindən yazılmışdır. Ustad Şeyx Həmdüllah öz zamanında məşhur olan altı İslami hüsnxətt xətlərinin yazılma qaydalarına yenilik gətirərək düzəliş etdi. Onun nəsx və süls xətti üslubu nüsnxətt ustadları arasında məşhurdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2017 14:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |