إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Heydər əl-İbadi: Bağdad Kürdüstanın muxtariyyətinə son verməyi qərarlaşdırıb

İraq baş naziri Heydər İbadi verdiyi açıqlama zamanı bildirib ki, İraq Kürd Regional Rəhbərliyinin (İKBY) muxtariyyətinə son qoyulacaq. Peşmərgə qüvvələri ya İraq ordusu tabeçiliyində qalacaq və ya da regionda kiçik bir qrup formasında fəaliyyət göstərəcək.

Ahlibeyt.az-ın Faktxəbərə istinadən məlumatına görə,2012-ci ildə Ankara və Ərbil arasında imzalanan müqaviləyə görə, İKBY-dəki neft sahələrindən Türkiyənin Ceyhan limanına neft daşıyan boru xətti yaradılmış, Bağdad rəhbərliyi İKBY-nin müstəqil formada bu cür beynəlxalq müqavilələr imzalamasını İraq konstitusiyasına zidd olduğunu söyləmişdi.

İngiltərədə yayımlanan "İndependent" qəzetinin Orta Şərq müxbiri Patrik Kokbörnə müsahibə verən İbadi qeyd edib ki, İKBY-nin sentyabrın sonunda müstəqillik referendumu keçirməsindən əvvəl, Türkiyə Ərbillə birbaşa siyasi və iqtisadi əlaqələr qurub.

Heydər İbadi bildirib ki, referendumdan sonra yaşanan prosesdə Ankara səhvini qəbul etdi. Türkiyə o vaxt Bağdad və Ərbil arasında yaşanan gərginliyi İraqın daxili məsələsi kimi təsvir edərək tərəflərin məsələni dialoq yoluyla həll etməsi istiqamətində çağırışlar etmişdi. Peşmərgə qüvvələrinin nəzarəti altında olan və Türkiyə - İraq arasında yerləşən bütün sərhəd-keçid məntəqələrinin nəzarəti də Bağdada təhvil verilməlidir.

İbadinin müsahibədə diqqət çəkdiyi digər bir məsələ isə İŞİD-ə qarşı ABŞ-la əməkdaşlıq edən Peşmərgə qüvvələrinin gələcəyi olub. Ərbil rəhbərliyinin 300.000 peşmərgəsinin olduğu iddiasının real olmadığını qeyd edən Heydər İbadi bildirib ki, Kürdüstandakı rəsmilər ona kiçik bir silahlı qüvvənin olduğunu çatdırıb. Qalanları isə öz evlərində yaşayır. Peşmərgələr federal hökumətin nəzarətində xidmət edəcək. Peşmərgə qüvvələrinə maaş veriləcək. Əgər öz kiçik lokal silahlı qüvvələrinin olmasını istəyirlərsə, bu silahlı qüvvə çox olmamalıdır. Bu silahlı qüvvənin pulunu da onlar ödəməlidir. İKBY federal hökumət tərəfindən edilən ödənişlər üçün dibsiz quyuya çevrilməməlidir.

İraq baş naziri Heydər İbadi ilə görüşündən əldə etdiyi təəssüratları paylaşan Patrik Kokbörn bildirib ki,  əgər İraq baş nazirinin tələblərinin hamısı yerinə yetirilsə Kürdüstan muxtariyyəti faktiki olaraq ləğv olunacaq. İraqlı kürdlərin bu tələblərə qarşı çıxması asan olmayacaq. Çünki Kərkük hadisələrindən sonra onlar arasında daxili parçalanma baş verib. Bu isə İbadinin əlini gücləndirən məsələdir. 1980-cı ildən bəri ilk dəfə kürdlər bütün qonşu ölkələrin dəstəyini itirmiş vəziyyətdədirlər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2017  12:14 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!