|
• Dünyadaİraq hökuməti Kürdüstandakı əsas gömrük məntəqəsinə nəzarəti ələ alıbİraqlı hökumət rəsmiləri bildiriblər ki, Türkiyə ilə sərhəd-keçid məntəqəsinə nəzarət Bağdada təhvil verilib. İraq hökuməti Türkiyə ilə əsas gömrük-keçid məntəqəsini Kürdüstan regional hökumətindən təhvil alıb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "Reuters"-ə istinadla xəbər verir ki, bu barədə üç nəfər İraq hökumət rəsmisi məlumat verib. Rəsmilərdən biri İbrahim-Xəlil sərhəd-keçid məntəqəsində İraq bayrağının dalğalandığını əks etdirən foto görüntülər nümayiş etdirib. Həmçinin ərazidə İraq və Türkiyə təhlükəsizlik qüvvələrinin cəmləşdiyi də əks olunub. "Biz İraq bayrağını Türkiyə ilə sərhəd-keçid məntəqəsində qaldırmışıq və bu məntəqə İraq hökumətinin tam nəzarəti aldındadır", - deyə sərhəd xidməti üzrə iraqlı polis kapitanı Əli Abdullah İlah bildirib. Qeyd edək ki, Kürdüstan rəhbərliyi gömrük məntəqəsinin İraq hökumətinə təhvil verildiyini inkar edir. Bildirək ki, İraqın Türkiyə ilə bütün əsas sərhəd-keçid məntəqələri Kürdüstan regional hökumətinin ərazisində yerləşir. Kürdüstanda müstəqillik referendumundan sonra rəsmi Bağdad bütün gömrük məntəqələrini Ərbil hökumətindən tələb edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2017 15:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |