إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kəbə imamı: Məzhəbçilik lənətdir

Müqəddəs "Məscidül-Haram"ın imamlarından olan Şeyx Saleh məzhəbçiliyin əleyhinə çıxış edib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "Pajhwok"-a istinadla xəbər verir ki, bu barədə Şeyx Saleh Pakistanın özəl televiziya kanallarından birinə müsahibəsində deyib.

Müqəddəs Kəbə evinin imamlarından olan Şeyx Saleh bin Abdullah bin Humeyd bildirib ki, heç bir hərbi qruplaşma və ya təşkilat cihad fətvası verə bilməz, bu iş yalnız dövlətin səlahiyyətindədir.

Məkkədəki böyük məsciddə imamlıq edən Şeyx Salehin sözlərinə görə, məzhəbçilik lənətdir, bu lənət yalnız qarşılıqlı olaraq ixtilafları həll etmək və vahid "haqq kəlməsi"nə itaət etməklə aparadan aparıla bilər.

"Müqəddəs Quran buyurur ki, bir insanı öldürmək bütün insanlığı öldürmək kimidir", - deyən din xadimi cihad hökmünün yalnız dövlətin səlahiyyətinə aid məsələ olduğunu bəyan edib.

O vurğulayıb ki, cihada yalnız islam hakimi tərəfindən icazə verilə bilər və hər hansı təşkilat birtərəfli olaraq cihad fətvası verə bilməz.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2017  12:05 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!