إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəşər Əsəd: “Suriya Konstitusiyasına dəyişikliklər edilə bilər”

Suriya ordusu və müttəfiqlərin terrorçularla mübarizədəki uğurları ölkədə vəziyyətin nizamlanmasına yönələn siyasi səylər üçün tədricən zəmin yaradır.

Ahlibeyt.az-ın məlumatına görə,APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə əsasən, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

Onun sözlərinə görə, rəsmi Dəməşq Milli Dialoq Konqresi vasitəsilə ümummilli barışıq və dialoqa  yönəlmiş siyasi səyləri dəstəkləməyə hazırdır.  Bəşər Əsəd bu kontekstdə hətta Suriya Konstitusiyasına dəyişikliklərin edilməsini və yeni parlament seçkilərinin keçirilməsini istisna etməyib.

Bəşər Əsəd 2016-cı ildə bəyan etmişdi ki, ölkədə keçid mərhələsi yalnız hazırkı Konstitusiyanın əsasında həyata keçirilməlidir.

Qeyd edək ki, Suriyadakı xalqların konqresini keçirmək ideyasını ilk dəfə Rusiya prezidenti Vladimir Putin irəli sürüb: “Müzakirələrə ölkənin bütün etnik və dini qrupları, hökumət və müxalifət cəlb edilməlidir”.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2017  12:43 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!