إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreyn inqilabçıları ABŞ və Böyük Britaniyaya xəbərdarlıq ediblər

Bəhreyn inqilabçılarını mərkəzi təşkilatı "Bəhreyn 14 fevral Koalisiyası" ABŞ və Böyük Britaniyaya xəbərdarlığı ehtiva edən bəyanat yayıb.

Etiraz aksiyaların davam edəcəyi bildirilən bəyanatda ABŞ və Böyük Britaniyadan Ali Xəlifə rejimini dəstəkləməyi dayandırmaq tələb olunur.

Bəyanatda Ali Xəlifə rejiminin günahsız xalqa divan tutmasının ABŞ və Böyük Britaniyanın onlara yaşıl işıq göstərməsi ilə həyata keçirildiyi bildirilir və deyilir ki, əgər ABŞ və Böyük Britaniya bu siyasətlərini davam etirərlərsə, onların Bəhreyndəki mənafeləri təhlükə atılmış olacaqdır və həmin ölkələrin səfirlikləri xalq qəzəbindən amanda qalmayacaqdır.

Xalqın artıq Ali Xəlifə və Ali Səud güclərindən qorxmadığı bildirilən bəyanatda qələbənin qaçılmaz olduğu bildirilir və bütün müxalif qüvvələrdən vahid cəbhədə birləşərək Ali Xəlifə rejimini süquta yetirib, yeni bir hökümətin qurulmasına çağırış da səsləndirilib.

Qeyd edək ki, bir neçə gün bundan öncə ABŞ-ın Bəhreyndəki səfirliyi təhlükəsizliyi baxımından səfirliyin yerini dəyişmək istədiyini bildirmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2012  23:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!