إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə elan olunub

İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə keçirilir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə SalamNews-a İƏT-in Gənclər Forumundan məlumat verilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. Proqamdan əsas məqsəd İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin reallaşdırılmasıdır.

Proqram çərçivəsində 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunub, sözügedən şəhərlərdə beynəlxalq səviyyədə müxtəlif mədəni və elmi tədbirlər həyata keçirilib.

Bu il Şirazın Gənclər Paytaxtı elan edilməsi ilə bağlı həmin şəhərdə bir sıra mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, gənc nasirlər üçün “Qısa hekayə”, eləcə də gənc rejissorlar üçün “Qısa Film” müsabiqələri bu tədbirlər sırasındadır.

Müsabiqələrin şərtləri ilə tanış olmaq və iştirak etmək üçün aşağıdakı linklərə daxil olmaq olar.

“Qısa hekayə” http://www.icyf-dc.org/call-application-fine-arts-festival-1st-short-story-contest-shiraz-oic-youth-capital-2017/

“Film müsabiqəsi” http://www.icyf-dc.org/call-for-application-y-shiraz-2nd-oic-youth-capital-film-awards-shiraz-oic-youth-capital-2017/





Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2017  16:43 Çap

Bu bölmədə


Xəbər lenti















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com