إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şəriətlə su neçə qisim olur?

Şəriətlə su iki qisim olur: müzaf su və mütləq su.

Meyvə şirələri ,gül,birki yağları  və digər bu kimi qatışıq sulara müzaf su deyilir.

Mütləq su isə beş növdür:

1. Kürr su (eni, uzunu və hündürlüyü üç qarış yarım həcmində su, təxminən 386 kq);

2. Yağış suyu;

3. Quyu suyu;

4. Qəlil su (kürr sudan az su);

5. Axar su.

Müzaf su murdarı pak etmir, bu su ilə alınan dəstəmaz və verilən qüsl batildir. Müzaf suya bir zərrə murdar düşsə, su murdar olar.

Əgər kürr suya sidik və ya qan kimi murdar şeylər toxunsa iyi, rəngi, dadı dəyişmədiyi təqdirdə, bu su pakdır.

Əgər insan suyun kürr, yoxsa qəlil olduğuna əmin ola bilməsə, onun vəzifəsi nədir?

Əvvəlcə kürr həddində olmuş suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək lazımdır. Əvvəlcə kürr olmamış suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək olmaz. Su o zaman kürr hesab oluna bilər ki, ya insan özü buna əmin olsun, ya da suyun kürr olduğunu iki ədalətli şəxs təsdiq etsin.

Az su (qəlil) murdar şeyə toxunduqda murdar olur və ya murdar şey az suya toxunduqda onu murdarlayır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2017  13:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!