|
• DünyadaStrasburqda Avropanın ən böyük məscidi genişləndiriləcək - Foto"Sultan Əyyub" məscidi dini mərkəz və komleks olaraq Osmanlı imperiyası dövründə İslami memarlıq metodu ilə tikilmişdir Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə,Fransanın Strasburq şəhərində Osmanlı dövrünə aid "Sultan Əyyub məscidi" uzun illərdir ki, Avropanın ən böyük məscidi sayılır. Osmanlı dövrünün İslam memarlıq nümunəsi olan bu məscid müasir dövrün standartlarına uyğun olaraq dini mərkəz kimi yenidən tikilir. Yeni tikiləcək məscidin ilk daşı və bünövrəsi bir gün əvvəl, 15 Oktyabr 2017-ci il tarixində qoyulub. Məscid 6 hektarlıq ərazidə, bir dəfədə üç min nəfər namazqılan tutumu ilə tikiləcəkdir. Məscidin 28 günbəzi, 44 metrlik iki minarəsi, konfrans zalı, dərs otaqları, kitabxanası, restoranı, mağazası, 600 maşın tutumlu maşın və 260 velosepidlik velosepid parkı olacaqdır. Məscid bundan öncə İGMG (Milli Görüş İslam Cəmiyyəti) tərəfindən1996-cı ildə təmir edilmişdi və 21 il təkcə ibadət ocağı kimi fəaliyyət göstərmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2017 15:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |