|
• Dünyadaİraq Hizbullahı Küveyt dövlətini hədələdiİraqın Hizbullah adlı təşkilatının rəhbərinin İraqın "Əş-Şərqiyyə nyus" kanalına müsahibə verib. Mərcei-təqlid Ayətullah Seyyid Ələvi Gürganinin İraqdakı nümayəndəsi Hüccətül-İslam Seyyid Vasiq əl-Bətat Hizbullah adlı təşkilatın mövcudluğunu elan edərək bildirib ki, təşkilatın amalı İraq xalqına xidmət etməkdir ki, silahlarımız da İraq xalqına deyil, yalnız və yalnız xarici düşmənlərə qarşı yönəlmişdir. Seyyid Vasiq əl-Bətat müsahibəsi zamanı Küveytin Fars körfəzi sahillərində tikməkdə olduğu Mübarək adlı limanının istifadəyə veriləcəyi təqdirdə Fars körfəzində əmin-amanlığın pozulacağını bildirərək deyib ki, heç bir gəminin həmin limana yan almasına imkan verməyəcəyik. Biz ölkəmiz uğrunda şəhid olmağa hazırıq. Qeyd edək ki, Küveyt dövləti keçən ilin avqustundan Küveyt sahillərində Mübarək adlı liman tikir ki, həmin liman İraq dövlətinin kəskin etirazına səbəb olmuşdur. Belə ki, İraq höküməti iddia edir ki, bu limanın tikilişi 1993-cü ildə BMT-nin İraq və Küveytin su sərhədlərinin delimitasiyası haqda qəbul etdiyi 833 saylı qətnaməyə ziddir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2012 06:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |