28 Yanvar, 2012
İraq Hizbullahı Küveyt dövlətini hədələdi

İraqın Hizbullah adlı təşkilatının rəhbərinin İraqın "Əş-Şərqiyyə nyus" kanalına müsahibə verib.

Mərcei-təqlid Ayətullah Seyyid Ələvi Gürganinin İraqdakı nümayəndəsi Hüccətül-İslam Seyyid Vasiq əl-Bətat Hizbullah adlı təşkilatın mövcudluğunu elan edərək bildirib ki, təşkilatın amalı İraq xalqına xidmət etməkdir ki, silahlarımız da İraq xalqına deyil, yalnız və yalnız xarici düşmənlərə qarşı yönəlmişdir.

Seyyid Vasiq əl-Bətat müsahibəsi zamanı Küveytin Fars körfəzi sahillərində tikməkdə olduğu Mübarək adlı limanının istifadəyə veriləcəyi təqdirdə Fars körfəzində əmin-amanlığın pozulacağını bildirərək deyib ki, heç bir gəminin həmin limana yan almasına imkan verməyəcəyik. Biz ölkəmiz uğrunda şəhid olmağa hazırıq.

Qeyd edək ki, Küveyt dövləti keçən ilin avqustundan Küveyt sahillərində Mübarək adlı liman tikir ki, həmin liman İraq dövlətinin kəskin etirazına səbəb olmuşdur. Belə ki, İraq höküməti iddia edir ki, bu limanın tikilişi 1993-cü ildə BMT-nin İraq və Küveytin su sərhədlərinin delimitasiyası haqda qəbul etdiyi 833 saylı qətnaməyə ziddir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-749.html