|
• Dünyadaİraq hökuməti Kürdüstanın danışıq tələbini rədd edibİraq hökuməti bəyan edib ki, İraqın bütövlüyünə riayət etməyincə hava limanlarının açılması və muxtar bölgəyə vəsait ayrılması mövzusunda Kürdüstan hökumətilə heç bir danışıqlara girməyəcək. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "Reuters"-ə istinadla xəbər verir ki, Kürdüstan rəhbərliyi referendumdan sonra bir neçə dəfə Bağdadla əlaqələri bərpa etməyə və bölgəyə valyuta axınına nail olmağa çalışıb. "Hazırki kollektiv cəzalandırmanın dayandırılması üçün biz Baş nazir Heydər əl-Abadini İraq konstitusiyasına uyğun olaraq hər hansı formada dialoqa dəvət edirik. Sərhəd keçidləri, daxili ticarət, vətəndaşlara xidmət, bank və hava limanları məsələlərini müzakirə etmək istəyirik", - deyə kürd rəhbərliyinin müraciətində deyilir. Rəsmi Bağdad isə Kürdüstanla danışıqların ilkin şərti kimi sentyabrın 25-də keçirilmiş referendum nəticələrinin ləğvini və mərkəzi İraq hökumətinin tabeçiliyinə keçməyi tələb edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2017 12:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |