إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya ərazisində İranla Səudiyyə Ərəbistanı arasında danışıqların aparılması təklif edilib

Rusiya xarici işlər nazirinin müavini,prezident V.Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib ki,Moskva Səudiyyə Ərəbistanı və İran arasında danışıqların başlanması  üçün vasitəçi rolunda çıxış etməsini təkid etmir -lakin iki ölkə arasında danışıqların başlanması üçün  xoş məramını təklif edir.

Ahlibeyt.az-ın Tass agentliyinə istinadən məlumatına görə,Rusiya XİN rəsmisi  M.Boqdanov bildirib ki,Moskva İran və Səudiyyə arasında danışıqlar üçün məkan ayırmağa hazırdır:

"Biz dəfələrlə İran və Səudiyyəyə danışıqlar masası arxasına əyləşməyi təklif etmişik.lakin bu məsələdə vastəçi rolunda  olmağı təkid etməmişik.

Moskva  hər zaman bu iki ölkə arasında olan anlaşılmazlıqların qaldırılması mövqeyindən çıxış edir. Regiondakı əksər problemləri İran və Səudiyyə Ərəbistanı arasında inam ortamında daha asan və tez həll etmək olar”

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2017  16:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!