
Rusiya xarici işlər nazirinin müavini,prezident V.Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib ki,Moskva Səudiyyə Ərəbistanı və İran arasında danışıqların başlanması üçün vasitəçi rolunda çıxış etməsini təkid etmir -lakin iki ölkə arasında danışıqların başlanması üçün xoş məramını təklif edir.
Ahlibeyt.az-ın Tass agentliyinə istinadən məlumatına görə,Rusiya XİN rəsmisi M.Boqdanov bildirib ki,Moskva İran və Səudiyyə arasında danışıqlar üçün məkan ayırmağa hazırdır:
"Biz dəfələrlə İran və Səudiyyəyə danışıqlar masası arxasına əyləşməyi təklif etmişik.lakin bu məsələdə vastəçi rolunda olmağı təkid etməmişik.
Moskva hər zaman bu iki ölkə arasında olan anlaşılmazlıqların qaldırılması mövqeyindən çıxış edir. Regiondakı əksər problemləri İran və Səudiyyə Ərəbistanı arasında inam ortamında daha asan və tez həll etmək olar”