|
• Dünyadaİran və Türkiyə ticarəti milli valyuta ilə həyata keçirəcək - Ərdoğanİran və Türkiyə ticarəti milli valyuta ilə həyata keçirəcək. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. “İqtisadi əlaqələrimizi mövcud valyuta məzənnəsinin təzyiqindən xilas etmək üçün milli valyuta ilə ticarət etmək prosesini həyata keçməyə qərar verdik. Mərkəz banklarımız gələn həftə müvafiq anlaşmanı imzalayacaqlar. Eyni zamanda banklarımız İranda, İran bankları isə Türkiyədə filial aça biləcək”, deyə o bildirib. Ərdoğan həmçinin bildirib ki, enerji sektorunda da əməkdaşlıq davam etdiriləcək: “Mədəniyyət və turizm sahəsində də əməkdaşlıq davam etdiriləcək. Bu sahədə təcrübəmizi İranla bölüşməyə hazırıq. Turizm sektorundakı sərmayəçilərimizi İranda fəaliyyət göstərməyə təşviq edəcəyik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2017 11:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |