إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sergey Lavrov: ABŞ Suriyada əsgərlərimizə qarşı ölümcül təxribatlar törədir

Rusiya XİN rəhbəri ABŞ-ı Suriyada şübhəli fəaliyyətlər aparmaqda ittiham edib - ABŞ Suriyadakı rus hərbi heyətinə qarşı ölümcül provokasiyalar həyata keçirir.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Al-sharq Al-Awsat" qəzetinə müsahibəsində deyib.

"ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin Suriyadakı fəaliyyətləri çoxlu suallar doğurur. Bəzən bu qüvvələr Suriya ordusunun mövqelərinə qarşı qəsdən hava zərbələri endirir, hansı ki, ardınca dərhal İŞİD əks həmlələr həyata keçirir. Bəzən isə Dəməşqin terrorçulardan azad edərək öz legitim hakimiyyətini bərpa etdiyi ərazilərə digər terrorçu qrupların hücumu üçün onları təşviq edir, bəzən isə bizim hərbi kontingentimizə qarşı ölümcül təxribatlar həyata keçirir. Mən ABŞ-ın dırnaqarası təsadüfi hava zərbələrini də xatırlatmalıyam, hansı ki, bu zərbələr mülki infrastrukturu hədəfə alır və yüzlərlə dinc sakinin ölümünə səbəb olur", - deyə Rusiya XİN rəhbəri müsahibəsində deyib.

Qeyd edək ki, bundan əvvəl də rəsmi Moskva general Valeri Asapovun Deyr əz-Zorda minomyot hücumu ilə öldürülməsini də ABŞ-ın ikiüzlü siyasətinin nəticəsi olduğunu bəyan edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2017  13:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!